Dilarə Kazımova ölkəmizi təmsil edəcək
03 Mart 2014 Bazar Ertəsi 10:44
Azərbaycanı Eurovision-2014 üçün milli seçim turu olan Böyük Səhnə beynəlxalq televiziya şousunda qalib gələn Dilarə Kazımova təmsil edəcək.
Azərbaycanı "Eurovision 2014" mahnı müsabiqəsində kimin təmsil edəcəyi təsdiqləndi. ANS PRESS-in məlumatına görə, ötən gecə saat 23:00-da İTV kanalında final gecəsi baş tutub. Mahnı müsabiqəsində Azərbaycanı "Eurovision-2014" üçün milli seçim turu olan Böyük Səhnə beynəlxalq televiziya şousunda qalib gələn Dilarə Kazımova təmsil edəcək.

Dilarə Kazımova mayın 6-da Kopenhagenin B&W Hallerne arenasında "Eurovision" mahnı müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxacaq. Müğəninin hansı mahnı ilə yarışmaya qatılacağı isə martın 15-nə kimi açıqlanacaq.

Dilarə Kazımova “Milk and Kisses” qrupunun keçmiş üzvü və “Yeni Dalğa 2010” müsabiqəsinin laureatıdır. O bundan öncə də 2008-2010-cu illərdə "Eurovision" mahnı müsabiqəsinin seçimlərinə qatılıb.

Azərbaycanın Eurovision-2014 üçün milli seçimlərinin qalibini yerli və xarici ekspertlər, musiqi, şou-biznes və televiziya peşəkarlarından ibarət münsiflər heyəti müəyyənləşdirib.






















DOSTLARINLA PAYLAŞ:

oyunlar