Devid Bekhem arvadının maşınını əlindən alıb
12 Mart 2014 Çərşənbə 13:31
Devid Bekhem həyat yoldaşına övladlarını özü ilə götürməyi qadağan edib.
Dünyanın ən məşhur cütlüklərdən biri olan keçmiş futbolçu Devid Bekhem və modelyer Viktoriya Bekhem xarici medianın gündəmini zəbt ediblər. ANS PRESS-in məlumatına görə, dünya şöhrətli Devid həyat yoldaşı olan keçmiş müğənni Viktoriyanın sürücülük vəsiqəsini əlindən alıb. Məşhur ulduz müsahibəsi zamanı bildirib ki, Viktoriya çox səliqəsiz bir halda avtomobil idarə edir.

Amerikada və dünyanın bir çox ölkəsində milyonlarla izləyicisi olan keçmiş "Spice girl" qrupunun üzvü maşın sürərkən hər zaman sükan arxasında mobil telefon ilə danışır. Bekhem bildirib ki, ilk dəfə həyat yoldaşına ciddi şəkildə xəbərdarlıq edib və hər harasa getdikdə övladlarını özü ilə götürməyi qadağan edib. Bunlara baxmayaraq Viktoriya Bekhem bu sözləri eşitməməzlikdən gələrək qorxunc vərdişlərinə davam edib.

Bundan sonra isə Devid Bekhem avtomobilin açarlarını və sürücülük vəsiqəsini həyat yoldaşının əlindən alıb. Daha sonra isə ailəsi üçün xüsusi olaraq sürücü tutub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar