Depardye təyyarədə özünü saxlaya bilmədi və ehtiyacını ödədi
17 Avqust 2011 Çərşənbə 17:04
Fransız aktyoru Parisdən Dublinə uçan reysdə tualetin açılmasını gözləyə bilməyib
Məhşur fransız aktyoru Jerar Depardye tualetin açılmasını gözləməyərək öz kiçik ehtiyacını "CityJet" şirkətinin Parisdən Dublinə uçan təyyarəsinin salonunda ödəyib. ANS PRESS "Frans Press" agentliyinə istinadən bildirir ki, hadisə barəsində "Avro RC-85" təyyarəsinin salonunda olmuş sərnişin qadın xəbər verib.
Qadının sözlərinə görə. Təyyarə qalxan zaman Depardye tualetə çıxmaq istəyib, amma stüardessa təhlükəsizliklə bağlı ondan 15 dəqiqə gözləməyi xahiş edib ki, təyarə qalxsın.
"Onda o, ayağa qalxdı və öz kiçik ehtiyacını döşəməyə ödədi. Açıqca görünürdü ki, o, sərxoşdur. Stüardessa şoka düşmüşdü",- deyə qadın bildirir.
Onun sözlərinə görə, sonra aktyor yerinə oturub, amma təyyarə uça bilməyib və park yerinə qayıdıb.
"Frans Press" bildirir ki, "CityJet" şirkətinin daxil olduğu "Air France" korporasiyası Depardye ilə bağlı qalmaqalı təsdiqləyib.
"CityJet" şirkətinin təmsilçisi Karen Jillo da hadisəni təsdiqləyib, amma o, hadisəni törədən sərnişinin adını açıqlamayıb. "Biz sərnişinin kim olduğunu demirik. O, polisə verilib, polislə əlaqə saxlayın ", - deyə o vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: