Dəniz Səkinin gizlətdiyi yeni imici
21 Aprel 2010 Çərşənbə 05:10
Yeni imicini foto-müxbirlərə göstərmək istəməyən müğənni Dəniz Səki səhərə qədər barda qalıb.
Türkiyənin məhşur müğənnisi Dəniz Səki imicini dəyişdirib. Yeni imici ilə əylənməyə gedən müğənni gecə saat 23.00-də girdiyi bardan ancaq səhər saat 07.00-də çıxa bildi. Dəniz Səkinin uzun müddət barda qalmasının səbəbi isə məkanın qapısında gözləyən müxbirlərin obyektivlərinə yeni imici ilə yaxalanmaq istəməməsi olub.
Qeyd edək ki, Dəniz Səki şəklinin çəkilməməsinə razı salmaq üçün menecerini müxbirlərlə danışığa yollasa da heç bir nəticə əldə edə bilməyib. Daha sonra yardım istəmək üçün polisə zəng vuran müğənni onlardan da müsbət cavab ala bilməyib. Səhərə yaxın bardan çıxmaq məcburiyyətində qalan Səki yeni imicini göstərməmək üçün başını şalla örtüb. Məkandan sürətlə uzaqlaşan müğənni jurnalistlərin suallarına cavab verməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: