Dəli Hüsnünün anası vəfat etdi
20 Yanvar 2012 Cümə 05:33
Uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkən yaşlı qadın dializ aparatına bağlı yaşayırdı.
Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialında dəli Hüsnü obrazını canlandıran aktyor, “Yazete.com” portalının baş redaktoru və “Online Media” dərnəyinin üzvü Adnan Erdoğanın anası vəfat edib. Məlumata görə, 79 yaşlı Raifə Erdoğan ötən axşam yerli vaxtla saat 19.00-də dünyasını dəyişib. Qeyd edək ki, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkən R. Erdoğan dializ aparatına bağlı yaşayırdı.
DOSTLARINLA PAYLAŞ: