Davut Güloğlu Pərviz Sultansoyun toyunu festivala çevirdi
07 Mart 2013 Cümə Axşamı 10:28
Türkiyəli müğənni Davut Güloğlu milli adət-ənənələrimizə vurğunluğunu gizlətməyib.
Yaradıcılığına Şəki şəhərində fəaliyyət göstərən “Kanal S”də aparıcı kimi başlayan, hazırda “Sultansoy yapım” şirkətinə rəhbərlik edən Pərviz Sultansoy şəhər restoranlarının birində özünə toy edib. Milli.az-ın məlumatına görə, Pərvizin ANS TV üçün hazırladığı verilişlərin Türkiyə şou-biznesi ilə sıx əlaqəsi olduğundan ən xoş günündə iştirak etmək üçün qardaş ölkənin ulduzlarından biri Davut Güloğlu da Bakıya gəlib.

Özünəməxsus repertuarı, qıvraq rəqsləri ilə Pərvizin toyunu festivala çevirən Azərbaycanın milli adət-ənənələrinə heyran qaldığını da gizlətməyib: “Özümü sanki İstanbuldakı kimi hiss edirəm. Qonaqpərvəliyinizdən günlərlə danışaram, çox istinaqlısınız, tərif kimi qəbul etməyin. Bu gün Pərviz qardaşımın ən özəl günüdür və şadam ki, qonaqlar sırasında mən də varam. Toy adətləriniz isə bir başqa aləmdir. Allah-Təala cəmi subaylara belə bir gün qismət etsin”.

Toya təşrif buyurmuş qonaqlar sırasında Azəri qızı Günellə qardaşı Tunar da olub. Günel dostu hesab etdiyi Pərvizin toyunda canla-başla iştirak edib. Sultansoyun şad gününə əməkdar artist Sevda Ələkbərzadə də gəlib. Toyu idarə etmək missiyası "Qala" qrupuna həvalə edilmişdi. Aparıcılıq isə Cavid Gül və Xədicə Sənanqızına etibar olunub. Pərvizi təbrik etməyə gələn populyar simalar arasında teleaparıcılar Günel Hümbətova, Vüsalə Şahvəliqızı, Nanə Ağamalıyeva, Afaq Gəncəli, prodüser Hüseyn Cavadzadə və rejissor Nail Naiboğlu da olub.

Məlumat üçün bildirək ki, Pərvizin könül verdiyi xanımın adı Vüsalədir. Onların sevgi tarixçəsi uzun illərə söykənir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar