Daha bir müğənni Azərbaycandakı toylarını itirə bilər
25 Aprel 2010 Bazar 02:25
Dağıstanlı vokalçı Timur Temirovun mahnısında Dağlıq Qarabağ Ermənistan ərazisi kimi təqdim olunur.
Dağıstanlı populyar vokalçı, Bakıda və Azərbaycanın digər bölgələrində toylara tez-tez dəvət edilən Timur Temirov erməni toylarında dəbdə olan bir mahnını bu yaxınlarda erməni və rus dillərində ifa edib. Sərsəm “Böyük Ermənistan” xəritəsi fonunda bu mahnının səsləndiyi həvəskar klipi isə hətta “Youtube” saytında yer alıb. Həmin sayıqlama müəlliflərinin fikrincə, “Böyük Ermənistan” Türkiyənin Antalya, Adana, Van, Trabzon əyalətlərini, Gürcüstan və İran ərazisinin xeyli hissəsini (o cümlədən Urmiyyə gölünün demək olar ki, hamısını), Lənkəran, Cəlilabad və Salyan da daxil olmaqla, Kür çayının sağ sahilini əhatə edir. Təbii ki, onlar işğal edilmiş Dağlıq Qarabağı və yeddi ətraf rayonu da bugünkü Ermənistan xəritəsinə daxil ediblər.

Kliplə aşağıdakı saytda tanış ola bilərsiniz:
http://www.youtube.com/watch?v=8XbE9xAzqWs

Klipin video hissəsi, necə deyərlər, babalı erməni müəlliflərin boynuna. Lakin müğənninin öz dilindən səslənən sözlər də təəccüb doğurur: azı iki dəfə (ermənicə və rusca kupletlərdə) “Hayastan”, “Sevan”, “Ararat” sözləri ilə yanaşı, “Qarabağ” sözü də eşidilir...

İfaçının pula şirnikərək belə bir ucuz təbliğata uyması onun adının Soso Pavliaşvili, Aziza, Nadejda Babkina və digər başabəla artistlərlə eyni siyahıya düşməsi üçün kifayətdir. “Maestro” Temirov Azərbaycanda “persona non-qrata” elan edilməli və ölkəmizin sərhəd xidmətinə bu barədə müvafiq qaydada məlumat verilməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar