Daha bir məşhur türk aktyoru xərçəng oldu
28 Fevral 2012 Çərşənbə Axşamı 10:22
Kadir İnanıra ağciyər xərçəngi diaqnozu qoyulub.
Türkiyənin məşhur aktyorlarından biri olan Kadir İnanır xərçəngə yaxalanıb. Aktyorun ağciyər xərçəngi olduğu bildirilir. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ötən həftə səhhətində problem yaranan aktyor həkim müayinəsindən keçib.
K.İnanıra qoyulan diaqnoz onun ailə üzləri və sevgilisini şoka salıb. Aktyor müalicə üçün özəl xəstəxanaya yerləşdirilib. Yaxınlarının sözlərinə görə, sənətçinin əhvalı yaxşıdır və o, xəstəliyi məğlub edəcəyini deyir.
DOSTLARINLA PAYLAŞ: