Daha bir azərbaycanlı “O ses Türkiye”nin finalında
04 Dekabr 2012 Çərşənbə Axşamı 00:57
Fidan Hüseynova “Sarı gəlin” mahnısını ifa etdi
Türkiyənin “Star” telekanalında yayımlanan “O ses Türkiye” yarışmasında daha bir azərbaycanlı finala çıxıb. ANS PRESS-in məlumatına görə, Baku Musiqi Akademiyasının 23 yaşlı məzunu Fidan Hüseynova “Sarı gəlin” xalq mahnısını ifa edib. Onun ifasını türkiyəli müğənni Murat Boz bəyənib və Fidanı komandasına dəvət edib. Fidan Hüseynova da bununla razılaşıb.
Qeyd edək ki, bu mövsümdə indiyədək üç azərbaycanlı “O ses Türkiye”nin finalına vəsiqə qazanıb.
DOSTLARINLA PAYLAŞ: