Corc Kluni malyariyaya yoluxub
21 Yanvar 2011 Cümə 12:50
Aktyor Corc Kluni Sudanda xəstələnib.
Amerikalı aktyor Corc Kluni malyariya xəstəliyinə yoluxub. Aktyor Sudana səfəri zamanı xəstələnib. Aktyor Sudanda baş verən münaqişəni yoluna qoymaq üçün bu ölkəyə səfər edibmiş.
Bu ölkənin şimal və cənub hissələri bir-birlərindən ayrılaraq müstəqil olmaq üçün referendum keçiriblər. Kluni Sudanda münaqişə ocaqlarının yatırılması layihəsinin tərkib hissəsi kimi bu ölkəyə səfər edib.
Xatırladaq ki, Corc Kluni artıq bunadək Sudanda bir dəfə malyariya xəstəliyinə tutulub. O, 10 gün müalicə olunduqdan sonra sağalmışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: