Con Travolta Haitiyə təyyarə sürüb
27 Yanvar 2010 Çərşənbə 11:35
Con Travolta zəlzələdən zərərçəkənlərə həkim və keşiş aparıb.
Tanınmış amerikalı aktyor Con Travolta zəlzələnin dağıtdığı Haitiyə gedib. Maraqlısı budur ki, o Haitiyə özünün idarə etdiyi "Boeing 707" təyyarəsi ilə gedib. Hollivud aktyoru zəlzələdən ziyan çəkənlər üçün 6 ton humanitar yardım, o cümlədən həkim və keşiş aparıb.
55 yaşlı aktyoru uçuş zamanı həyat yoldaşı Kelli Preston müşayiət edib.
Xatırladaq ki, Haitidə zəlzələ yanvarın 13-də baş verib. Yeraltı təkanlar nəticəsində 200 minə yaxın insan ölüb. Minlərlə insan evsiz qalıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: