Çocuklar Duymasın serialının məşhur siması Osman Gidişoğlu öldü
23 Fevral 2013 Şənbə 23:59
Aktyor Osman Gidişoğlu Çocuklar Duymasın serialında Menderes obrazını canlandırırdı.
Türkiyənin tanınmış teatr və kino aktyoru, Azərbaycan tamaşaçılarının əsasən “Çocuklart duymasın” serialında Menderes obrazıyla tanıdığı aktyor Osman Gidişoğlu 68 yaşında vəfat edib.

Qeyd edək ki, Osman Gidişoğlu 1945-ci ildə Türkiyənin Manisa şəhərində dünyaya gəlib. Səhnə fəaliyyətinə ilk dəfə Manisa “Xalq evi”ndə başlayıb. 1965-ci ildə Ankara konservatoriyasına daxil olub. Deputatlardan birinin uşağı onun yerinə götürüldüyü üçün aktyorr konservatoriyanı tərk etməli olub.

Gidişoğlunun teatr və kino ilə yanaşı dublyaj fəaliyyətləri də olub. Bir çox xarici serialda aktyorun səsindən istifadə olunub.

Allah rəhmət eləsin!


DOSTLARINLA PAYLAŞ:

oyunlar