CNN Türk: "Nigar Türkiyəni utandırdı"
16 May 2011 Bazar Ertəsi 17:02
Türkiyə mətbuatı Türkiyə-Ermənistan matçında Azərbaycan bayrağının zibil yeşiyinə atılmasından yazıb
"Eurovision" mahnı müsabiqəsində qalib gələn Azərbaycan təmsilçisi Nigar Camalın səhnəyə Türkiyə bayrağı ilə çıxması türkləri həm sevindirib, həm də utandırıb. ANS PRESS-in məlumatına görə, bu barədə məlumat "CNN Türk"də yer alıb.
Məlumatda bildirilir ki, "Bu qələbəni bütün türklərə hədiyyə edirik" deyən Nigar türklərin rəğbətini qazanıb. Lakin onların utancına da səbəb olub. Türklərin yaşadığı utancın səbəbi isə iki il öncə Bursa şəhərində keçirilən Türkiyə-Ermənistan matçı zamanı Azərbaycan bayrağına qarşı olan hörmətsizlik olub. Belə ki, futbol azarkeşlərinin matça gətirdiyi bayraqlar stadionun girişində onların əlindən alınaraq zibil yeşiyinə atılmışdı.
Qeyd edək ki, Bursa valisi Şahabəttin Harput matçdan bir neçə gün öncə stadiona Azərbaycan bayrağının gətirilməsinin qadağan olduğunu açıqlamışdı. Daha sonra isə FİFA-nın bayrağa icazə verdiyini bildirmiş və bayraqla gəlməyin mümkün olduğunu qeyd etmişdi. Ancaq matç günü qurumun belə qərarı olmadığı ortaya çıxmış və Azərbaycan bayrağı zibilə atılmışdı.
DOSTLARINLA PAYLAŞ: