NEXT:Çingiz Mustafayev isdedladlı ifaçıdır ama...
20 Noyabr 2010 Şənbə 17:30
"Onu səhnədə təbrik etməməyimizin səbəbi Çingizə deyil, təşkilatçıların nəticələri saxtalaşdırmasına etirazımız idi"
NEXT qrupu "Eurovision-2011" mahnı yarışmasının milli seçim turunda yarımfinala çıxmamasına aydınlıq gətirib. ANS PRESS-in məlumatına görə, qrupun mətbuat xidmətinin yaydığı məlumatda qrupun yarımfinalçı Çingiz Mustafayevlə əlbəyaxa dava etməsi ilə bağlı yazılanlara da aydınlıq gətirilib:

“Öncə biz Çingizi təbrik edirik. Dünən onu səhnədə təbrik etməməyimizin səbəbi Çingizə deyil, təşkilatçıların nəticələri saxtalaşdırmasına etirazımız idi. O, həqiqətən də istedadlı ifaçıdır. NEXT-in Çingizə münasibəti heç zaman pis ola bilməz. Çünki, biz istedadlılara hər zaman hörmət edirik".

"O ki qaldı müsabiqəyə, məlum olduğu kimi NEXT tamaşaçıların istəyi və səsvermədə davamlı olaraq daha çox səs topladığı üçün öndə idi. Hər bir çıxış münsiflərdə əyləşən xalq artistlərinin bəzilərinin üzləşmədiyi görünməmiş ajiotaja və geniş fanat kütləsinin rəğbətinə səbəb olurdu. Biz hər gün canlı oxumaqla yanaşı həm də digərlərinin göstərmədiyi səhnə şousu nümayiş etdirirdik. Təbii ki, səhnənin balaca olması və 4 mikrofon məsələsi hər gün problemlərə səbəb olurdu. Bu isə təşkilatçıların qeyri-peşəkar yanaşmalarından xəbər verirdi. Ancaq bütün bunlar bir yana məni ən çox düşündürən bir sual var. Maraqlıdır, nə üçün son anda sms səsverməsinin nəticələri ictimaiyyətə elan olunmadı? Lakin biz bilirik ki, sonuncu dəfə də NEXT iki qat üstünlüklə ən çox səs toplamışdı. Sözsüz ki, münsiflər heyətinin səsverməyə 50/50 təsirindən də yaxşı xəbərdarıq", deyə qrupunun rəhbəri Hüseyn Cavadzadənin adından yayılan məlumatda bildirilir.

Xatırladaq ki, "Eurovision 2011" Mahnı Müsabiqəsinin milli seçim turunın ilk yarımfinalçısı məlum olub. 15 noyabrdan İctimai Televiziyanın canlı yayımında start verilən seçim turunun ilk həftəsinin qalibi Çingiz Mustafayev olub. Beşgünük yarışmanın sonuncu günü Çingiz Mustafayev həm münsiflərin, həm də taşamaçıların səsverməsi nəticəsində yarımfinala vəsiqə qazanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar