Cenifer Lopes qarət olunub
23 İyun 2012 Şənbə 13:08
Qarətçilər məşhur ulduzun cangüdənlərindən yayınaraq qrim otağına daxil ola biliblər.
Argentina səhnəsində çıxış edən məşhur Hollivud ulduzu Cenifer Lopes qarət olunub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qarətçilər qrim otağına girərək oradan müğənniyə məxsus bütün qiymətli əşyaları, o cümlədən, fotoaparat, kompüter və sənədləri götürüblər.
Argentina Kütləvi İnformasiya Vasitələrinin yaydığı məlumata görə, nəticədə pop-ulduzun meneceri də sənədsiz qalıb, belə ki, qarətçilər onun pasportunu da aparmağa nail olublar.
Polis qarəti törədən şəxslərin axtarışına başlayıb. Həmçinin onların Lopesin cangüdənlərini necə keçərək qrim otağına daxil olmalarını araşdırılır.
DOSTLARINLA PAYLAŞ: