Cenifer Lopes ərindən boşanır
16 İyul 2011 Şənbə 03:08
Cenifer Lopes və Mark Entoni bununla bağlı bəyanat verib.
Amerikalı müğənni və aktrisa Cenifer Lopes əri Mark Entoni ilə yeddi illik ailə həyatından sonra boşanır. Cütlüyün bu barədə bəyanatı “People” jurnalında dərc edilib.

“Bu qərarı vermək bizim üçün çox çətin oldu. Biz bütün məsələlər üzrə qarşılıqlı razılığa gəlmişik”, - bəyanatda deyilir.

Cenifer Lopes Mark Entoni ilə 2003-cü ildə aktyor Ben Affleklə boşandıqdan sonra görüşməyə başlayıb. Cütlük 2004-cü il iyunun 5-də ailə qurub. Mark Entoni bu nikahdan cəmi bir həftə əvvəl birinci həyat yoldaşından boşanmışdı.

2008-ci ildə Cenifer Lopesin iki övladı olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar