“Cem Yılmaz öldü!” xəbəri qalmaqala səbəb oldu
23 May 2011 Bazar Ertəsi 02:43
“Bir az əvvəl eşitdim, Cem Yılmaz avtomobil qəzasında ölüb”
Türkiyənin özəl telekanallarından birində canlı yayım vaxtı ölkənin məşhur şomenlərindən birinin ölüm xəbəri studiyada qalmaqala səbəb oldu. Kanal “D”-də “Disko Kralı” verilişində aparıcı Okan Bayülgenin verdiyi suala qonağın verdiyi cavab şok təsiri bağışlayıb. Belə ki, aparıcının verdiyi “Keçən həftənin ən əhəmiyyətli hadisəsi nə idi?” sualına proqramın qonağı olan Niran Ünsal “Bir az əvvəl eşitdim, Cem Yılmaz avtomobil qəzasında ölüb” – cavabını verib.

Xəbəri eşidərək təşvişə düşən Okan Bayülgen studiya heyətindən xəbərin araşdırılmasını xahiş edir və yalan olduğunu öyrənərək rahat nəfəs alır.




DOSTLARINLA PAYLAŞ:

oyunlar