Çelik vətəndaşlıq üçün müraciət edib
04 Aprel 2009 Şənbə 14:50
Müğənniyə müvəqqəti sənədlə Azərbaycanda yaşamağa icazə verilib

 

Uzun müddətdir Azərbaycanda yaşayan və burada biznes fəaliyyəti ilə məşğul olan Türkiyəli müğənni Çelik müvəqqəti olaraq Azərbaycan vətəndaşlığını əldə edib. ANS PRESS-in Türkiyənin "Hürriyyər" qəzetinə istinadən verdiyi məlumata görə, bununla bağlı aidiyyatı qurumlara müraciət edən müğəniyə müvəqqəti sənədlə Azərbaycanda yaşamağa icazə verilib.
Çelik Azərbaycanda yaşamaq istəməsini ölkəsində təhdid edilməsi ilə əlaqələndirib və bildirib ki, bu səbəbdən həyat yoldaşından boşanıb: «Hələ də təhdid edilirəm. Türkiyədə yaşamağım çox çətindir. Azərbaycanda yaşamaq qərarına gəlmişəm. Oğlumdan ayrıyam, sevdiyim qadından ayrıyam. İndi də ölmədiyim üçün günahlandırırlar. Bundan böyük mühakimə ola bilərmi?».

O qeyd edib ki, boşanarkən həyat yoldaşı 7 aylıq hamiləymiş və təhdidlər onu çox qorxudurmuş. Bu səbəbdən Çelik onları tərk etdiyini vurğulayıb. Çelik mətbuatda silahının olması barədə yayılan xəbərlərin də doğru olduğunu deyib.

Xatırladaq ki, türkiyəli müğənni Ergenekon işi ilə bağlı olaraq ifadə vermək üçün Türkiyəyə getmişdi. “Ergenekon”un istintaqını aparan dövlət ittihamçısı təşkilatın 2004-cü ildə daha bir qətl törətdiyini iddia edir. Dövlət ittihamçısı “Dost” təriqətinin lideri İhsan Güvənin 2004-cü ildə “Ergenokon” tərəfindən öldürüldüyünə dair sənəd hazırlayıb. Zəkəriyyə Öz hazırladığı sənəddə hazırda Bakıda yaşayan müğənni Çelik Erişçinin də təşkilatın üzvü olduğunu bildirib. Dövlət ittihamçısı müğənninin İhsan Güvənin yaxın dostu olduğunu göstərib. O hesab edir ki, təriqət liderinin öldürülməsi, Çelikin sağ qalması müğənninin təşkilatın üzvü olduğu şübhəsi yaradır./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar