Ceki Çan Yaponiyaya yardım konserti keçirəcək
25 Mart 2011 Cümə 06:30
Çinli aktyor Honq Konqda keçiriləcək “Ölmək Amma Qəmlənməmək” adlı konsertin himnini də hazırlayıb
Çinli aktyor Ceki Can və onun Honq Konqqda olan dostaları aprel ayının 1-də Yaponiyada təbii fəlakətdən əziyyət çəkən isanlara yardım etmək üçün 3 saatlıq xeyriyyə konserti keçirəcəklər. Çinli aktyor və onun dostları onlarla ifaçı ilə ilə birlikdə Honq Konqda keçiriləcək “Ölmək Amma Qəmlənməmək” adlı konsertin himnini də hazırlayıblar.

Ceki Çan baş vermiş hadisəni TV-də izlədiyi vaxt şoka düşdüyünü, dostları ilə müzakirədən sonra xeyriyyə konserti keçirməyi qərarlaşdırdığını deyib: “Mən televizora baxanda şoka düşdüm. Düşünürdüm ki, nə edə bilərəm? Heç nə etmədən faydasız olduğumu düşünərək öz dostlarımı çağırdım və bizim nə etməli olduğumuzu onlardan soruşdum. Görüşdən sonra biz başa düşdük ki, onlara mahnı göndərməliyik. Aprelin 1-də bizim Viktoriya parkında böyük tədbirimiz olacaq”.

Yapon əsərləri əsasında hazırlanan mahnı Çin və yapon lirikası əsasında bəstələnəcək. Ceki Çan Yaponiyada əziyyət çəkən insanlara müraciət edərək onların yanında olacaqlarını deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar