Castin Biber Soma faciəsini ələ saldı
18 May 2014 Bazar 12:00
Castin Biber keçən il aldığı meymunu Mallinin adına açdığı “twitter” profilində Soma faciəsindən yazıb.
Məşhur müğənni Castin Biberin Türkiyədə baş verən Soma faciəsi ilə əlaqədar etdiyi hərəkət hər kəsin etirazına səbəb olub. ANS PRESS-in məlumatına görə müğənni keçən il aldığı meymunu Mallinin adına açdığı “twitter” profilində Soma faciəsindən yazıb. Biber meymununun adına olan profil hesabında türk pərəstişkarlarını çox sevdiyini və Türkiyə üçün dua etdiyi yazıb.
Biberin bu hərəkəti hər kəs tərəfindən yaxşı qarşılanmayıb. Belə ki, müğənninin türkiyəli heyranları Biberin bu hərəkətini Türk xalqını ələ salmaq kimi qəbul ediblər.
Qeyd edək ki, Somadakı mədən faciəsində həyatını itirən işçi sayı 301-ə çatıb. 485 işçi faciədən canlı olaraq xilas olub.
DOSTLARINLA PAYLAŞ: