Carolinanın qeyri-adi icadı
09 Fevral 2011 Çərşənbə 05:50
Aktrisa kino çəkilişlərindən şorba qarışdırmağa vaxt tapmadığını deyir
Türkiyənin telekanallarından birində nümayiş olunan və tamaşaçılar tərəfindən də bəyənilən “Öyle Bir Geçer Zaman ki” serialında Carolina rolunun alman ifaçısı Vilma Elles yeni bir qazan icad edib. Filmdə Əli kapitanın (Ali kaptan) ailəsinə daxil olaraq evdə qarışıqlığa səbəb olan Carolina şorba qarışdıran qazan hazırlayıb. Elles qazanı öz hərarəti ilə qarışdıran bu kəşfi “Şorba jakuzusu” adlandırıb. Bu kəşfinə patent almaq üçün müraciət edən aktrisa film çəkilişləri səbəbilə şorba qarışdırmağa vaxt tapmadığını deyib: “Bütün günü ssenari oxumalıyam. Ona görə də şorba qarışdırmağa vaxtım olmur. Bu dərddən qurtulmaq üçün fikirləşib belə bir qazan hazırladım. Artıq heç kim şorba qarışdıraraq vaxt itirməyəcək və qolu yorulmayacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar