Can Bonomo Bakıya şeir həsr edib
18 Fevral 2012 Şənbə 13:03
Can Bonomo: Nə gözəl şəhərimizsən, Bakı!.
Azərbaycanın Milli Finalının qonağı olan Türkiyənin Eurovision Mahnı Müsabiqəsi 2012 təmsilçisi Can Bonomo Bakıdan qayıtdıqdan sonra təəssüratlarını yazıya köçürüb. Canın sevgi və məmnunluq dolu bu yazısı müğənninin rəsmi internet səhifəsində dərc olunub. Türkiyə təmsilçisi həyatında ilk dəfə gördüyü Bakının eklektik və görkəmli memarlıq nümunələrini çox sevdiyini deyib.
Can Bakıdakı qonaqpərvərliyi, insanların istiqanlılığını da özünəməxsus şəkildə səciyyələndirib və “Ay siz nə qədər gözəl insanlarsınız” deyib.
Can Azərbaycana bir də gəlmək şansının olduğuna sevindiyini, yeni dostluqlar qurulduğunu qeyd edib.
O, Bakıya olan sevgisinə şeir də həsr edib:
"Nə gözəl şəhərimizsən, Bakı!
Sabahın, axşamın xeyir…"
DOSTLARINLA PAYLAŞ: