Can Bonomo Bakıda 25 yaşını qeyd edir.
16 May 2012 Çərşənbə 18:03
Türkiyənin “Eurovision-2012” təmsilçisi Can Bonomo 25 yaşını Bakıda qeyd edir.
  APA-nın məlumatına görə, bu gün “Baku Crystal Hall”da ilk məşqini edən Can, daha sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb. O, ad gününü “Baku Crystal Hall” səhnəsində, qardaş Azərbaycanda qeyd etməkdən məmnunluğunu ifadə edib: “Bu gün həyatımın ən gözəl doğum günlərindən birini yaşayıram. Səhnə arxasından tutmuş hər yerdə mənim üçün “Happy birhtday” oxuyurlar, gül-çiçək əhatəsində qeyd edirəm”.

Can üçün elə mətbuat nümayəndələri tərəfindən də ad günü mahnısı oxunub.

Türkiyə təmsilçisi mahnısının seviləcəyinə ümid etdiyini deyib: “Siz mahnımı sevirsinizsə deməli, hər şey yaxşı olacaq”. Ciddi hazırlaşdığını deyən Can, özü üçün uğurlar diləyib və hamıdan dəstək istəyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar