Çağatay Ulusoy ve Gizem Karaca 15 il hebs cezası ala biler
01 Oktyabr 2013 Çərşənbə Axşamı 07:09
Türkiyenin meşhur genc aktyorları Çağatay Ulusoy, Gizem Karaca ve müğenni Cenk Eren haqqında 15 il hebs cezası telebi ile iddianame qaldırılıb.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı onlardan başqa 32 nəfər də haqqında iddianamə qəbul edilib. İddianamədə Ulusoy, Karaca və Eren haqqında “narkotiklə təmin etmə” ittiham edilərək 15 ilə qədər azadlıqdan məhrum edilmələri tələb edilir.

İstanbul Təhlükəsizlik Orqanı, Narkotiklərlə Mübarizə Şöbə müdürlüyünün nümayəndələrinin 25 yanvarda Beşiktaş, Şişli, Etilər və Ulus bögələrində təşkil etdiyi əməliyyat nəticəsində 20 kq narkotik maddə əldə edilib. Yaxın günlərdə şübhəlilər Türkiyə Ağır Cəza Məhkəməsində mühakimə ediləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar