Məşhur türk müğənnisi Burak Kut yeni albom buraxacaq. CNN Türk-ün məlumatına görə, müğənni iyun ayının sonunda albomun satışda olacağını açıqlayıb. Amerikada olan Burak Kut yeni albomun səsyazmalarının artıq bimək üzrə olduğunu açıqlayıb. Albomda daha çox sözləri və musiqisi Sezen Aksuya aid mahnılar yer alacaq və mahnılar rok janrına daha yaxın olacaq. Albomun əsas mahnısı üçün isə Nyu-Yorkda klip çəkiləcək.
Qeyd edək ki, bu, ifaçının atıncı albomu olacaq. /ANS PRESS/