Bülənt Ərsoy xəstəxanaya düşdü
23 Dekabr 2009 Çərşənbə 20:20
Bülənt Ərsoy xəstəxanaya düşdü. Müğənnidə böyrək infeksiyası aşkarlanıb.
Böyrək ağrısı və yüksək təzyiqdən şikayət edən tük müğənnisi Bülənt Ərsoy bu gün Bahçelievlerdəki xüsusi bir xəstəxanaya gətirilib. Vəziyyəti ağır olan müğənnini dərhal müayinə otağına qaldırıblar.
İlk müayindən sonra Ərsoyda böyrək infeksiyası aşkarlanıb.
Hazırda ifaçının vəziyyəti yaxşıdır. Lakin Ərsoy iki gün xəstəxanada ciddi həkim nəzarəti altında qalacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: