Bülənt Ərsoy 3 gün ac qalıb
30 Dekabr 2009 Çərşənbə 21:55
Böyrək infeksiyasından əziyyət çəkən müğənni xəstəxanadan evə buraxılıb
Keçən çərşənbə günü xəstəxanaya aparılan türk müğənnisi Bülənt Ərsoy dünən axşam evə buraxılıb. Müğənni xəstəxanada qadığı müddətdə 2-3 gün yemək yeməyib. Həkimlər onu venadaxili vitaminlərlə qidalandırıb.
Evə buraxılmasına baxmayaraq Bülənt Ərsoyun müalicəsi hələ 15- 20 gün davam edəcək.
Xatırladaq ki, böyrək infeksiyası diaqnozu qoyulan Ərsoy xəstəxanada qaldığı müddətdə ona İbrahim Tatlısəs, Sibel Can, İzzət Yıldızdoğan, Tarkan, Ebru Gündəş kimi tanınmış sənətçilər baş çəkib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: