Bu gün Azərbaycan şou-biznesində qadağalı toy çalınacaq
06 İyun 2012 Çərşənbə 10:45
Teleaparıcı Kamilə Babayeva da şəxsi bayramının KİV-də işıqlandırılmasına qarşı çıxır.
Bu gün paytaxtın ən dəbli restoranlarının birində teleaparıcı Kamilə Babayeva subaylığa əlvida deyərək özünə toy çaldıracaq.
İxtisasca həkim və hüquqşünas olan nişanlısı İbrahim bəyin istəyi ilə Kamilə də əksər yerli məşhurlarımız kimi toyunda bəzi qadağalar tətbiq edəcək. Daha dəqiqi toy zamanı media mənsublarının restoranda foto və video çəkilişlər etməsinə icazə verilməyəcək. Say-seçmə jurnalistlər yalnız dost kimi xoş günə şahidlik edəcəklər.
Şəxsi həyatı ilə gündəmdə olmamağa çalışan teleaparıcının istəyinə nə dərəcədə çatıb-çatmayacağı haqqında nəsə yazmaq çox tezdir.
DOSTLARINLA PAYLAŞ: