Bu bayramda Sərdar Ortac kral, Ebru Gündeş kraliça
02 Noyabr 2010 Çərşənbə Axşamı 06:20
Bir məqsədi də kasıbları sevindirmək olan Qurban bayramı ən çox onları xöşbəxt edəcək. Bu bayramda Sərdar Ortac kral, Ebru Gündeş kraliça.
Qurban bayramının yaxınlaşması ilə Türkiyədə və Kiprdə olan əyləncə mərkəzləri daha çox turist cəlb etmək üçün məhşur müğənnilərlə sövdələşməyə başladı. Tətilə çıxanları əyləndirmək üçün ən yüksək məbləğ kişi müğənnilərdən Sərdar Ortaca təklif olunub. Belə ki, məhşur müğənni 3 konsertdən ümumi 475 min lirə (266 380 manat) qazanacaq.

Qadınlar arasında ən çox qazanacaq müğənni isə Ebru Gündeş olacaq. Gündeş 2 konsetdən ümumi qazancı 300 min lirədir (168 240 manat)

Bundan başqa İbrahim Tatlıses 240 min lirə (134 592 manat), Tarkan 225 min lirə (126 180 manat), Kənan Doğulu 150 min lirə (84 120 manat), Ajda Pekkan 150 min (84 120 manat), Sertab Erener 60 min lirə (33 648 manat) qazanacaqlar.

Qeyd edək ki, mega-star Tarkanın konserti Azərbaycan əsilli rusiyalı işadamı Telman İsmayılova aid “Mardan Palas”da olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar