Bryus Uilsin aksion qoxulu ətirləri
22 Aprel 2010 Cümə Axşamı 07:00
Bryus Uils: “Ümidvaram ki, pərəstişkarlarım bu ətri bəyənəcək”.
Aksion filmlərinin tanınmış aktyorlarından biri Bryus Uils öz adına ətir olan məhşurlar sırasına daxil olacaq. Bir kosmetika firması ilə müqavilə imzalayan 55 yaşlı Uils istehsal olunacaq ətirə öz adını verməyi planlaşdırır. İyul ayında alıcılara təqdim olunacaq məhsul əvvəla Amerikada və Avropada satışa çıxarılacaq. Bu ətir üçün indidən həyəcanlandığını deyən Bryus Uils pərəstişkarlarından dəstək gözlədiyini deyib. “Ümidvaram ki, pərəstişkarlarım bu ətri bəyənəcək”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar