Britni Spirs haqqında şok iddia
29 Dekabr 2012 Şənbə 06:45
Kristofer Federlayn, “Britni ilə birlikdə olmuşam. Şon Prestonun atası mənəm” – deyib.
Britni Spirsin keçmiş əri Kevin Federlaynın qardaşı Kristofer məşhur müğənni barədə qəribə bir iddia irəli sürüb. Kristofer müğənninin böyük oğlu Şon Prestonun atası olduğunu deyib. “Daily Mail” qəzetinin məlumatına görə, məhkəməyə müraciət edən Kristofer Federlayn, “Britni ilə birlikdə olmuşam. Şon Prestonun atası mənəm” – deyib. Kristofer Spirsin ona aid kredit kartlarını oğurladığını da vurğulayıb.
Britni Spirsin keçmiş əri Kevin Federlayn məsələ barədə açıqlama verməyib. Qeyd edək ki, 3 il evli qalan Kevn Federlayn – Britni Spirs cütlüyünün 7 yaşında Şon Preston və 6 yaşında Ceyden Ceyms adlı 2 övladı var. 2007-ci ildə ərindən ayrılan Britni Spirs Ceyson Traviklə nişanlıdır.
DOSTLARINLA PAYLAŞ: