Brillianta nəinki Aygün, heç Röya da çata bilməz
14 May 2013 Çərşənbə Axşamı 07:17
Kimi kişi hesabına brend geyinir, kimi Moskvada yəhudilər qarşısında sərxoşluq edir, kiminin də pornoqrafiyasından respublika danışır.
Xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımova arasındakı qalmaqala prodüser Tolik də öz münasibətini bildirib. Axşam.az-ın məlumatına görə, Tolik Brilliant Dadaşovaya nəinki Aygünün heç Röyanın da çata bilməyəcəyini deyib: “O, əsl sənətkardır, soyunaraq şöhrət qazanmayıb”.

Prodüser həmçinin müğənni Ayana xitabən bildirib ki, sosial şəbəkədə Brilliant Dadaşova haqda yazdığı fikirləri onun üzünə deməyə cəsarəti çatmaz: “Necə ki, Faiq Ağayev konsertə gəldi, amma oxumadan çıxıb getdi”.

Tolik Brilliant Dadaşovaya öz dəstəyini bu sözlərlə davam etdirib: “Brilliant xanım, qoy səni bəyənməyənlərin heç olmasa dırnağın qədər musiqidən anlayışları olsun. Kimi kişi hesabına brend geyinir, kimi Moskvada yəhudilər qarşısında sərxoşluq edir, kiminin də pornoqrafiyasından respublika danışır. Sən təksən Brilliant Dadaşova, bunu xalq bilir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar