Brilliant Dadaşova: Qoy menden uzaq olsun
25 İyun 2013 Çərşənbə Axşamı 20:45
Xalq artisti Brilliant Dadaşova: İnsanları çox sevirəm.
“Mən adam sevənəm, insanları xoşlayıram. Bəzən kimsə deyir ki, heyvan insandan yaxşıdır. Amma bunu qəbul etmirəm. Gözəl qəlbə, ruha sahib olan, sənəti düşünən insanlar var”.

Axşam.az-ın məlumatına görə, müğənni Brilliant Dadaşova bu sözləri “ATV maqazin” verilişinə açıqlamasında deyib.

“Qəlbində sənət sevgisi olan insan heç kimi təhqir etməz. Sənəti, istedadı olanın qəlbində kin, acı söz ola bilməz. Mənim qəlbimdə sənət var, kin yoxdur, heç kimi də təhqir etmirəm. İnsanları çox sevirəm.

Yalnız mənə uyğun olmayanları, həyat tərzimiz fərqlənənləri ətrafımdan uzaqlaşdırıram. Görürəm ki, o insan mənim düşüncəmdə deyil, tərs mütənasibik - həmin adamla aramda fiziki uçurum yaradıram. Qoy məndən uzaq olsun. Sənəti başqa-başqa olan insanlar bir arada ola bilməzlər”, - deyə xalq artisti bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar