Brilliant Dadaşova İstanbulda 350 əlil uşaq üçün xeyriyyə konserti verib
09 Aprel 2012 Bazar Ertəsi 11:48
Xalq artisti onlardan ikisinə əlil arabası hədiyyə edib
Xalq artisti Brilliant Dadaşova İstanbulda 350 əlil uşaq üçün xeyriyyə konserti verib. Türkiyədə yaşayan azərbaycanlı jurnalist Ülvi Hadıyevin ANS PRESS-ə verdiyi məlumata görə, İstanbulda "Türkiye Omurilik Felçlileri Derneği”nin təşəbbüsü ilə “Beynəlxalq gülən uşaq şənliyi” təşkil olunub. Aralarında Azərbaycan da olmaqla 10 ölkədən 200, Türkiyədən 150 əlil uşağın iştirak etdiyi tədbirin özəl qonağı isə Azərbaycanın xalq artisti Brilliant Dadaşova olub.

Brilliant xanım qayğıya ehtiyacı olan uşaqlar üçün oxumaqla kifayətlənməyib, onlardan ikisinə əlil arabası hədiyyə edib.

Qeyd edək ki, xeyriyyə aksiyasında estrada ulduzumuzla yanaşı, Türkiyənin bir neçə tanınmış müğənnisi də iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar