Brilliant Dadaşova doğum gününü iki ölkədə qeyd edir
15 Sentyabr 2010 Çərşənbə 17:40
Müğənni Brilliant Dadaşova kökəldiyini etiraf etdi.
Bu gün xalq artisti Brilyant Dadaşovanın doğum günüdür. Yeni yaşını ötən gün gecə saatlarına qədər Türkiyədəki dostları ilə qeyd edən müğənni bu axşam bağ evində daha bir məclis quraraq ad gününü qeyd edəcək. Onun Milli.Az-a bildirdiyinə görə, əslində dostları bu tarixi restoranda qeyd etməyi təklif etsələr də, müğənni bağ evini seçmək qərarına gəlib.
Ötən gün gecə yarısından başlayaraq təbrik mesajları alan müğənni hədiyyələrinin də sayının az olmadığını bildirdi. Amma o, hamı ilə ünsiyyət yarada bilmədiyindən, hədiyyələrin çoxu ünvana yetişmir. Doğüm günündə sənətçi xanımı daha çox başqa problem narahat edir. O, son bir neçə ayda kökəldiyini etiraf etdi.
"Bu yayı mən daha çox bağ evimdə dincəlmişəm. Bağda da ac qalmaq mümkün deyil. Səhər açılandan axşama kimi bizim süfrənin üzərinə dadlı təamlar düzülür. Mən də yeyən adam və bunlara biganə qalmırdım. Bununla da çəkim 3 kq-dan çox artıb. Düzdür, idmanımı axsatmıram, amma qidama da diqqət yetirməliyəm. Bu gecə mərasimi yoluna qoyum, çəkimi tənzimləmək üçün qidama bir qədər fikir verməliyəm" - deyə xalq artisti bildirdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: