Brilliant Dadaşova çox az yemek yeyir
24 Avqust 2013 Şənbə 01:31
Xalq artisti Brilliant Dadaşova maraqlı etiraflar edib.
Xalq artisti Brilliant Dadaşova maraqlı etiraf edib. Axşam.az-ın məlumatına görə, müğənni yeməyə pul xərcləməyə əli gəlmədiyini deyib:

“Yeməyə pul verməyə əlim gəlmir. Mənim soyuducumu aç: bir az pendir görərsən, bir də meyvə. Əgər çox acından ölsəm, bir az vineqred salatı hazırlayaram, vəssalam. Həyat yoldaşım da mənim kimidir. Başımızı pendirlə qatırıq. Təxminən on gündən bir kabab çəkirik, bəs edir. Bacılarıma da deyirəm ki, yeməyə az pul verin. İdman edin, bu qədər yeməyin. Acından heç kim ölmür”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar