Brilliant Dadaşova : Vətənə, əsgərlərimizə dəstək konsertlərində ùç dəfə bətnimdəki 4-5 aylıq uşağımı itirmişəm.
"Vətənə, əsgərlərimizə dəstək konsertlərində ùç dəfə bətnimdəki 4-5 aylıq uşağımı itirmişəm." Bu sözlər xalq artisti Brilliant Dadaşovaya məxsusdur.
ANS PRESS-in məlumatına görə, xalq artisti şəxsən özünün idarə etdiyi facebook səhifəsində aşağıdakı statusu yazıb:
"Mən səngərlərdə, soyuqda avtobusla kilometrlərlə yol gedərək cəbhə bölgələrində əsgərlərimizə dəstek olmuşam. Vətəni qoruyan oğullarımızın əhval-ruhiyyələrini yaxśılaşdırmaq üçün dizə qədər palçığın içində vətənpərvər mahnılar oxuyub, konsertlər vermişəm. Dəfələrlə evə xəstə dönüb yatağa dùşən həmən o Brilliant Dadaśovayam. Hər fürsətdə mənə heç kəs vətənpərvərlik òyrətməsin. Vətənə, əsgərlərimizə dəstək konsertlərində ùç dəfə bətnimdəki 4-5 aylıq uşağımı itirmişəm. Sancılarla birbaśa rayonlardan, yollardan xəstəxanaya aparılmışam. İndi isti yerdə oturub çığıranlar çox olar..."
Bu sözlərin kimə ünvanlandığını bilməsək də, Brilliant Dadaşovanın bu statusundan məlum olur ki, onu əsəbiləşdiriblər.