Bosniya və Herseqovina Eurovision-2012 təmsilçisi
16 Dekabr 2011 Cümə 12:28
Bosniya və Herseqovina Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi üçün təmsilçisini müəyyən edib.
APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Bosniya və Herseqovinanın “Eurovision” üzrə milli yayımçısı BHRT gələn il ölkəni müsabiqədə Maya Sarın təmsil edəcəyini açıqlayıb.
BHRT-nin açıqlamasında deyilir ki, Maya Sar gənc istedadlı müğənnidir və bir sıra nailiyyətlərə imza atıb. M. Sar müsabiqədə ifa edəcəyi mahnını özü yazacaq.
İfaçı Bosniyanın Tuzla şəhərində anadan olub. Uzun müddət o, Dino Merlinin qrupunun üzvü olub və 56-cı “Eurovision”da Dino Merli ilə bir səhnədə çıxış edib. O, mahnılarını həyat yoldaşı Mahir Sarihodziçlə birgə evindəki studiyada yazır.
Xatırladaq ki, Bosniya və Herseqovina Düsseldorfda keçirilən “Eurovision-2011”də 125 balla 6-cı yeri qazanıb. Ölkəni “Love in rewind” mahnısıyla Dino Merlin təmsil edirdi.
DOSTLARINLA PAYLAŞ: