Boris Moiseyev ağır vəziyyətdə başqa xəstəxanaya köçürülüb
24 Dekabr 2010 Cümə 02:15
Professor Qriqori Roytberq: “Üç gün ərzində onun həyatı uğrunda mübarizə aparılıb”
Tanınmış rusiyalı müğənni Boris Moiseyev ağır vəziyyətdə Nevrologiya İnsitutuna köçürülüb. Bu barədə məlumatı RİA “Novosti”yə “Medisina” (“Tibb”) ASC-nin prezidenti, professor Qriqori Roytberq verib. Onun sözlərinə görə, müğənni “Medisina” ASC-nin klinikasına bazar ertəsi axşam daxil olub. Professor bildirib ki, son ay yarım ərzində Boris Moiseyev özünü pis hiss edib. O, bazar günü təcili tibbi yardım çağırsa da, xəstəxanaya getməkdən imtina edib. Dekabrın 20-də axşam müğənninin vəziyyəti daha pisləşib və çox ağır vəziyyətdə klinikaya aparılıb: “Üç gün ərzində onun həyatı uğrunda mübarizə getdi. Amma dünəndən həyatı üçün heç bir təhlükə yoxdur”.

Qriqori Roytberq məlumat verib ki, müğənni böyrəklərin süni havalandırılması aparatından ayrılıb. Hətta, ona təqdimatını keçirmək istədiyi diski də göbstəriblər. Amma müğənni həddindər artıq taqətdən düşdüyü üçün həkimlər onu yenidən böyrəklərin süni havalandırılması aparatına qoşamaq qərarına gəliblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar