Boney M qrupunun üzvü vəfat etdi
30 Dekabr 2010 Cümə Axşamı 17:50
Boney M qrupunun üzvü Bobbi Farrel Sankt-Peterburq şəhərindəki mehmanxanalardan birində dünyasını dəyişib.
Əfsanəvi “Boney M” qrupunun üzvü Bobbi Farrel ölüb. Müğənni Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən mehmanxanalarından birində dünyasını dəyişib. “Boney M” qrupunun yeganə kişi üzvü olan Bobbi Farrelin meyitində zorakılıq əlamətləri aşkar edilməyib.

Hüquq-mühafizə orqanları 61 yaşlı Farrelin ölümünə nə səbəb olduğu barədə məlumat vermir. Qeyd edək ki, tam adı Alfonso Farrel olan müğənni 1949-cu ildə Aruba adasında doğulub. O, 15 yaşından Avropada məskunlaşıb. 70-ci illərin ortalarında Farrel Almaniyanın “Boney M” qrupuna qoşulub. Müğənni kollektivin tərkibinə vokalçı kimi daxil olub.

Xatırladaq ki, son vaxtlar Bobbi Farrel Hollandiyanın paytaxtı Amsterdam şəhərində yaşayırdı. O, Niderland vətəndaşı idi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar