Beyons və Madonna Haitiyə kömək edəcək
22 Yanvar 2010 Cümə 11:15
Beyons və Madonna “Haiti üçün ümid" xeyriyyə şousu”nda iştirak etməyə razılıq veriblər.
Məşhur müğənnilər Madonna və Beyons “Haiti üçün ümid" xeyriyyə şousu”nda iştirak etməyə razılıq veriblər.

Şoudan əldə edilən gəlir Haitidə zəlzələ nəticəsində dağılmış evlərin bərpasında istifadə olunacaq və təbii fəlakətdən ziyan çəkən insanlara veriləcək.

Verilən məlumata görə, Beyons Londonda, Madonna isə Nyu Yorkda səhnəyə çıxacaq. Onların çıxışları ABŞ-nın ən iri telekanallarında canlı olaraq yayımlanacaq.

Şouda həmçinin məşhur Hollivud aktyoru Corc Kluni də iştirak edəcək. Onun rəsmi nümayəndəsi bildirib ki, Kluni nəinki şouda iştirak edəcək, hətta canlı yayım zamanı zəlzələdən əziyyət çəkənlərin hesabına 1 milyon dollar keçirəcək.

Şouda iştirak etmək üçün ABŞ-ın keçmiş prezidenti Bill Klinton, aktrisalar Culia Roberts, Meril Strip və Tom Xenks təşəbbüslə çıxış ediblər.

Haitidə əziyyət çəkənlərə kömək məqsədilə xeyriyyə matçları da keçiriləcək. Yanvar ayının 25-də Lissabondakı “Eştadiu da Luj” arenasında matç baş tutacaq. Matçda Fransa yığma komandasının heyətində, dünya çempionu Zinəddin Zidan, Madridin “Real” komandasının braziliyalı yarımmüdafiəçisi Kaka, ispaniyalı Fernando Yerro və başqaları da iştirak edəcək.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar