Beyons ana olmaq istəmir
20 Yanvar 2010 Çərşənbə 22:00
Müğənni Beyons bədən quruluşunu itirməkdən qorxur
Məşhur müğənni Beyons “Allure” jurnalına veridiyi müsahibədə uşaq dünyaya gətirmək istəmədiyini bildirib. İfaçı əvvəlcə yaxşıca dincəlmək fikirindədir.

“Mən həqiqətən çox istəyirəm uşaq dünyaya gətirim. Amma öz bacım oğlundan görürəm ki, bu çox vaxt aparır. Mən istəyirəm ki, bu özü-özünə baş versin. Ancaq mənim hazırda taqətdən düşməyə təmamilə vaxtım yoxdur. Bundan əlavə mən öz bədən quruluşumu itirməkdən çox qorxuram. Mənim qadın incəliyindən xoşum gəlir”,- deyə o əlavə edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar