Qadın voleybolçular arasında keçirilən İndesit Avropa Çempionlar Liqasının qalibi məlum olub. Final matçında Rusiyanın “Dinamo” klubunu 3-2 hesabı ilə məğlub edən İtaliyanın “Berqamo” komandası Çempionlar Liqasının qalibi olub. İtaliyanın Peruca şəhərindəki Palasport Evangelisti idman sarayında keçirilən qarşılaşmanın setlərini 25-21, 22-25, 14-25, 26-24 və 15-10 hesabı ilə qalib başa vuran “Berqamo” Çempionlar liqasının qalibi oldu. 3-cü yer uğrunda matçda isə Türkiyənin “Eczacıbaşı” və İtaliyanın “Peruca” komandaları qarşılaşıblar. Türkiyə təmsilçisini 3-1 hesabı ilə məğlub edən “Peruca” Avropanın ən güclü 3-cü komandası olub. /ANS PRESS/