Bergüzar Korel: Nefes aldığıma göre utanıram
29 Avqust 2013 Cümə Axşamı 10:48
Bergüzar Korel ad gününü qeyd etmedi.
Uzun zamandır sosial mediada paylaşım etməyən Türkiyənin məşhur aktrisası Bərgüzal Korel, bu səssizliyi doğum günündə pozdu. ANS PRESS-in milliyət.com-a istinadən verdiyi məlumata görə, aktrisa doğum günü təbriklərini cavabsız qoymayıb.
Nədən paylaşım etmədiyini açıqlayan Berguzar Korel, instaqram səhifəsinə bunları yazdı:
"Hər kəsə salam olsun. Misir və Suriyada baş verənlərdən xəbərdar olan bir İNSAN kimi bir müddətdir ki, yaşadığım və ya gördüyüm gözəllikləri paylaşmağa əlim gəlmir dostlar. Bəzən nəfəs aldığıma görə utanıram. Amma bu gün mənim ad günümdür. Ömrümün daha bir ilini bitirdim.
Gözəl arzularınızı, mesajlarınızı oxuyuram və inanın ki, çox sevinirəm. Buradan hamınıza, sevginizə, varlığınıza təşəkkür edirəm. Hər şeydən xəbərsiz yaşama haqları əllərindən alınan kiçik bədənlər üçün, günahsız canlar üçün dua edirəm.
Bir müddət sosial şəbəkələrdə olmayacam... Bergüzar."
DOSTLARINLA PAYLAŞ: