Bergüzar Korel - Halit Ergenç cütlüyü prokurorluqda
16 Fevral 2013 Şənbə 06:44
Bergüzar Korel - Halit Ergenç cütlüyü təhir olunduqları iddiası ilə şikayətçi olub.
Sosial şəbəkə saytı “Twitter”də təhqir edildiklərini iddia edən Bergüzar Korel və Halit Ergenç cütlüyü şikayət ərizəsi ilə prokurorluğa müraciət edib. Cütlük “Twitter”də ağır təhqirlərə məruz qaldıqlarını, M.Y. adlı qadının ictimaiyyətin qarşısında ləyaqətləri ilə oynadığını bildiriblər. Cütlüyün vəkili təhqirlərə nümunə kimi “Halit pörtlək, Bergüzar buz” ifadələrini göstərərək bundan daha ağıır təhqirlər olduğunu da bildirib.

Qeyd edək ki, cütlüyün şikayəti ilə prokurorluq mövzu ətrafında araşdırmalara başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar