Beren Saat 340 minlik hədiyyə alıb
01 Avqust 2014 Cümə 12:54
Kənan Doğulu həyat yoldaşına xüsusi dizayn edilmiş qızıl boyunbağı və sırğa hədiyyə edib.
Məşhur türk aktrisası Beren Saatın gəlinlik xərci dodaq uçurub.
ANS PRESS-in məlumatına görə, iyulun 29-da Malibu sahillərində pop ifaçı Kənan Doğulu ilə ailə quran aktrisanın geyim xərcləri açıqlanıb. Artıq bir neçə ildir ki, Beren ilə sevgili olan və bu münasibətini gizlətməyən müğənni xanımına dəyəri 300 min TL (təxminən 120 min manat) olan, xüsusi dizayn edilmiş qızıl boyunbağı və sırğa hədiyyə edib.
B.Saatın gəlinliyi isə 30 min TL-yə (təxminən 11 min manat) başa gəlib. "Rene Caovilla" markalı ayaqqabıları 2 min 700 TL (təxminən min manat), "Philip Treacy" şlyapası isə 5 min TL (təxminən 2000 manat) olub.
Xatırladaq ki, aktrisa və müğənninin nikah mərasimi ABŞ-da baş tutub. Cütlük Türkiyədəki dostları üçün də mərasim keçirməyi düşünür.
DOSTLARINLA PAYLAŞ: