Yıldız Tilbe: “Hamı küçələrə çıxır, mən isə “twitter”ə çıxıram”.
Türkiyənin tanınmış müğənnisi Yıldız Tilbe ötən axşam sosial şəbəkə saytlarından birində pərəstişkarları ilə söhbət edib və qeyri-adi foto şəkillərini onlarla parlaşıb. “Hamı küçələrə çıxır, mən isə “twitter”ə çıxıram” - deyən Tilbe bu saytı xalqla və pərəstişkarları ilə görüş mərkəzi kimi gördüyünü qeyd edib.
Kəsilmiş saçı ilə yaydığı şəklini yeni imici kimi təqdim edən müğənni göz qapaqlarının altına da mavi qələmlə mənasını izah etmədiyi qövslər çəkib. Bundan başqa Yıldız Tilbe bənövşəyi pariklə çəkilən şəklini də pərəstişkarları ilə paylaşıb.
Uzun müddət eşq barədə söhbətlər edən (yazışan) Yıldız Tilbe daha sonra pərəstişkarlarının əhya (Merac) gecəsini təbrik edərək “twitter”dən ayrılıb.