Ben Afleki 4 yaşlı qızı paparatsilərin basqısıyla üzləşdi
04 Mart 2013 Bazar Ertəsi 19:54
“Ulduz ovçuları” Ben Aflekin balaca qızcığazı ağlatmaqdan çəkinməyiblər.
Amerikada paparatsilərin davranışı o qədər geriləyib ki, “ulduz ovçuları” balaca qızcığazı ağlatmaqdan belə çəkinmirlər. Söhbət bu yaxınlarda ilin ən yaxşı filminə görə, Oskar mükafatı almış aktyor və rejissor Ben Aflekin 4 yaşlı qızından gedir. Belə ki, Aflekin Serafina adlı qızı atasıyla gəzintidə olarkən qəfildən jurnalistlərin basqısıyla üzləşib.
Qızcığaz paparatsilər tərəfindən əhatələnincə qorxaraq ağlamağa başlayıb. Xəbərdarlığı fayda vermədiyindən aktyor uşağı qucağına alıb, yumruq və təpik hesabına çılğın izdihamdan uzaqlaşmağı bacarıb. İnsidentin maraqlı görüntüləri Amerikanın bir çox kütləvi-informasiya vasitələrində nümayiş olunub.