Bekhemlər şokdadır
07 Dekabr 2009 Bazar Ertəsi 16:55
Viktoriya Bekhemin 600 min dollarlıq geyim kolleksiyası oğurlanıb
Tanınmış futbolçu Devid Bekhemin həyat yoldaşı, keçmiş müğənni Viktoriya Bekhem oğruların hədəfinə çevrilib. Onun Londondan ABŞ-a satmaq üçün göndərdiyi 600 min dollarlıq geyim kolleksiyası oğurlanıb.
Bekhemin Nyu-Yorkda satmaq üçün göndərdiyi 75 paltardan ibarət kolleksiyası Londonda yük maşınlarına yüklənib. Maşın mənzil başına çatmamış naməlum şəxslərin hücumuna məruz qalıb. Sürücünü zərərsizləşdirən oğrular paltarları oğurlayaraq aradan çıxıblar.
Qeyd edək ki, V.Bekhem kolleksiyasını sonuncu dəfə Nyu-York moda həftəsində nümayiş etdirmişdi. Kolleksiya tanınmış şəxslərin diqqətini özünə cəlb edə bilmişdi.
2010-cu il kolleksiyasını satışa çıxarmadan itirən xanım Bekhem hadisə ilə bağlı media nümayəndələrinə açıqlama verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: