Bekhemlər ailəsi böyüyür
10 Yanvar 2011 Bazar Ertəsi 11:21
Ulduz cütlüyün dördüncü övladı olacaq.
Tanınmış futbolçu Devid Bekhem dördüncü dəfə ata olacaq. Viktoriya və Devid Bekhem cütlüyünün növbəti dəfə valideyn olacağı barədə məlumatları onların mətbuat katibi də təsdiqləyib. Ancaq Viktoriyanın hamiləliyinin hansı ayda olduğu və gələcək körpənin cinsi barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, bir müddət öncə model, müğənni olan Viktoriya Bekhem özü də 4-cü uşağı dünyaya gətirməyə hazır olduğunu bildirmişdi: "Ola bilsin ki, bizim daha bir uşağımız olsun. Məncə bu dəfə də oğlan olacaq. Artıq mən qızımın olmayacağına inanmağa başlamışam".

Ulduz cütlüyün hazırda 3 oğlan uşağı var. Bunlar 11 yaşlı Brukli, 8 yaşlı Romeo və 5 yaşlı Kruzdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar